Ən gənc milyarderin 19 yaşı VAR

 22:55 01.04.2025     176

“Forbes” jurnalının dünyanın ən varlı adamları reytinqinin ən gənc üzvü Almaniyanın əczaçılıq şirkəti “Boehringer Ingelheim”in varislərindən biri, 19 yaşlı Yohannes fon Baumbax olub.

Redaktor.az-ın məlumatına görə, nəşr onun sərvətini 5,4 milyard ABŞ dolları həcmində qiymətləndirir.

“Forbes” siyahısında ən yaşlı milyarder isə “Mercury General” sığorta şirkətinin qurucusu 103 yaşlı amerikalı Corc Cozefdir.

2025-ci ildə jurnalın siyahısına 3 028 nəfər, o cümlədən 406 qadın daxil edilib. 3 min milyarderin ümumi sərvəti rekord həddə - 16,1 trilyon ABŞ dollarına çatıb.