İlon Mask uşaqlarının sayını çoxaltmaq istəyir

Amerikalı iş adamı İlon Mask bəşəriyyətin demoqrafik problemlərindən həddən artıq narahatdır və planetə mümkün qədər yüksək intellektə malik insanı bəxş etmək niyyətindədir.
Redaktor.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” sahibkara yaxın olan adı açıqlanmayan mənbələrə istinadən yazır.
Məqalədə deyilir: “Mask öz nəslini “leqion” adlandırır – dünyaya distopik baxışında sivilizasiya əhalinin azalması təhlükəsi altındadır”.
Nəşrin mənbələri Maskın X sosial şəbəkəsində uşaqları üçün ana axtardığını da irəli sürüb.
Aprelin əvvəlində iş adamının 13-cü övladının anası Eşli Sent Klerə 2,5 milyon dollar verdiyi və daha 500 min dollar ayırdığı bildirilmişdi.
Bundan əvvəl 26 yaşlı amerikalı mühafizəkar fəal və yazıçı Ashley St. Clair jurnalistlərə açıqlamasında Maskın övladını dünyaya gətirdiyini bildirib və onun şəxsi həyatına hörmət edilməsini istəyib. Onun sözlərinə görə, körpə artıq beş aylıqdır. Fəal etiraf edib ki, uşağı lazımsız diqqətdən qorumaq üçün əvvəllər bu barədə danışmamışdı. Sent Kler söz verib ki, uşağın təhlükəsiz böyüməsi üçün əlindən gələni edəcək. Qadın media nümayəndələrini “şəxsi həyatının məxfiliyinə hörmət etməyə” çağırıb.
İlon Maskın özü başqa bir uşağın doğulması xəbərinə ictimaiyyət qarşısında bir sözlə cavab verdi: “Vay!”
Turan İSMAYIL