Dünyanın ən hündür körpüsü tikilir - Lifti və kafesi də olacaq

Dünyanın ən hündür körpüsü Çində tikiləcək.
Redaktor.az xəbər verir ki, bu barədə "Oddity Central" yazır.
Çinin Quizhou əyalətində yeni nya rekordu vuracaq körpünün tikintisi başa çatmaq üzrədir. Beipan çayını əhatə edən Huajiang Grand Canyon Körpüsü su səthindən 625 metr hündürlüyə çatacaq və 2025-ci ilin ikinci yarısında nəqliyyat üçün açılacaq. Layihə regionda qürurverici ənənəni davam etdirəcək – Guizhou artıq dünyanın 100 ən hündür körpüsünün yarısından çoxuna ev sahibliyi edir.
Tikinti 2022-ci ilin yanvarında başlayıb və hazırda 95% tamamlanıb. "Guizhou Highway Group"un baş mühəndisi Zhang Shenglinn sözlərinə görə, körpü “Çinin infrastrukturunun gücünü nümayiş etdirən daha bir əlamətdar layihə” olacaq. O, Beipan çayı vadisinin "Yer çatı" kimi tanınan ən dərin hissəsindəki sahilləri birləşdirərək, keçid vaxtını bir saatdan bir dəqiqəyə qədər azaldacaq.
Nəqliyyat funksiyasından əlavə, körpü yeni turistik məkana çevrilməyi vəd edir. Qüllələrdən birində panoramik mənzərəli şüşə lift, ulduzları seyr etmək üçün bar və kafe olacaq. Həyəcan həvəskarları üçün şüşə döşəmə və dünyanın ən hündür "bungee jumping" nöqtəsi olan müşahidə göyərtəsi var.
Turan İSMAYIL