Lotereyada qazandığı milyonları xərclədi - yenə zibilyığan işləyir

 00:03 16.05.2025     137

Lotereyada 10 milyon funt-sterlinq (22,5 milyon manat) qazanan şəxs bütün var-dövlətini xərclədikdən 8 il sonra köhnə işinə qayıdıb.

Redaktor.az xəbər verir ki, Mixael Karrol İngiltərədəki ən məşhur lotereya cekpotu qaliblərindən biridir. 

O, 19 yaşında zibilyığan işləyərkən ilk dəfə 2002-ci ildə 1 funt sterlinqlik lotereya bileti alıb və qalib olub.

Lakin Karrol bu müddət ərzində bütün var-dövlətini xərcləyib. Karrol pis vərdişlərin qurbanı olduğunu etiraf edib.