Restoranda 200 dollarlıq nahar etdilər, 100 min dollar qazandılar

Britaniyalı ailə restorana getdikdən sonra 100 min dollar varlanıb.
Redaktor.az xarici mediaya istinadla xəbər verir ki, buna səbəb olan hadisə 2024-cü ilin yayında baş verib.
Belə ki, restoran rəhbərliyi ailə üzvlərini hesabı ödəməməkdə ittiham edərək onların görüntülərini yayıb.
İddialar geniş ictimai etiraza səbəb olub, ölkə manşetlərinə çevrilib və əvvəllər qüsursuz hesab edilən bir ailənin reputasiyasına ciddi zərbə vurub.
Ancaq sonradan məlum olub ki, ailə başçısı 200 dollarlıq hesabı bank kartı ilə ödəniş edib, lakin restoran işçisi ödənişi kassa aparatı vasitəsilə həyata keçirməyi unudub.
Restoran rəhbərliyi pulsuz şam yeməyi və hoteldə yerləşdirmə təklif edərək ailədən üzr istəməyə çalışsa da, qurbanlar bundan imtina ediblər.
Nəticədə ailə rəsmi üzrxahlıq və 100 min dollar məbləğində təzminat alıb.