Teleaparıcı Everesti fəth etdi

 20:00 19.05.2025     112

Teleaparıcı Viktoriya Bonya Everest dağını fəth edib.

Redaktor.az xəbər verir ki, o, bu barədə instaqram hesabında məlumat verilib.

Bonya ikinci cəhdində 8848 metr hündürlüyə çatıb. Bu, mayın 19-da səhər saatlarında baş verib.

Mayın 1-də Bonya özünü pis hiss etməsinə baxmayaraq, Everesti dırmaşmağa davam etməyi planlaşdırdığını açıqlayıb. O, xəstəliyindən hələ də özünü zəif hiss etdiyini, lakin dağa qalxan 60 yaşlı qadından ilham aldığını bildirib.

Bu yaxınlarda Bonya etiraf edib ki, Everestə dırmaşmaq üçün həyatını qurban verməyə hazırdır. İndi məşhur düşərgəyə qayıdıb və 3-4 gün qalacağı Namçe Bazaar kəndinə istirahətə getməyi planlaşdırır.

Turan İSMAYIL