Günəşin üstündəki nəhəng alovlu “quş”un sirri AÇILDI

LASCO teleskoplarından biri tərəfindən çəkilən Günəşin üstündəki nəhəng alovlu “quş” kometa olub.
Redaktor.az xəbər verir ki, bu barədə aif.ru ilə söhbətində astronom Aleksandr Kiselev məlumat verib.
“Bu, çox güman ki, Günəşə çox yaxından keçən kometadır. Yəni, günəşi cızıqlayan kometa" - o deyib.
Kiselev Günəşin yüksək temperaturu səbəbindən kometanın çox güman ki, buxarlanmasına və hətta parçalanmağa başladığına diqqət çəkib.
Xatırladaq ki, bir gün əvvəl Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası alimlərin Günəşin üstündə quşa bənzəyən və Yer planetindən 10 dəfədən çox böyük olan sirli optik obyektin qeydə alındığını bildirmişdi. "Quşun" qanadları təxminən 150 min kilometr olub və Günəşdən təxminən iki milyon kilometr yüksəklikdə uçub.
Mayın 25-nə keçən gecə Günəşdə maksimum dərəcəli güclü alışma qeydə alınıb. Emissiya plazma və ya Yerə çata bilən hissəciklər axını ilə müşayiət olunmayıb və planet üçün heç bir təhlükə olmayıb. Mayın 26-na olan proqnoza görə, maqnitosferdə sakitlik davam edəcək: geomaqnit pozulmalarının ehtimalı 25%, tufanlar - cəmi 12%. 3,5 ballıq geomaqnit indeksi hətta meteohəssas insanlar üçün təhlükəsiz hesab olunur.
Turan İSMAYIL