Yeni “Dünya gözəli” SEÇİLDİ

 23:21 31.05.2025     215

Tailandlı Suçata Çuanqsri "Miss World" gözəllik müsabiqəsinin qalibi olub.

Redaktor.az xəbər verir ki, müsabiqənin final mərhələsi Hindistanın Telanqana əyalətinin Heydərabad şəhərində keçirilib.

Artıq 72-ci dəfə keçirilən mötəbər şounun təşkilatçıları müsabiqənin finalını canlı yayımlayıb.

Tacı qalibə əvvəlki “dünya gözəli”, çexiyalı Kristina Pışkova təhvil verib.

Ümumilikdə müsabiqədə 108 ölkədən nümayəndə iştirak edib. Rusiya müsabiqədə təmsil olunmayıb.

Hindistan bundan əvvəl Mumbayda 2024-cü ildə "Miss World"ün finalına ev sahibliyi edib.