Diş ətini gen terapiyası və donuz dərisi ilə artırmağı öyrəndilər

Diş ətindəki toxuma çatışmazlığı, xüsusən ortodontik müalicə sonrası diş həkimliyində geniş yayılmış bir problemdir. Bu problemi həll etmək üçün adətən yuxarı ağız boşluğunun selikli qişasından istifadə olunur, amma belə əməliyyatlar çox travmatik, ağrılı olur. Alternativ olaraq, məməlilərdən alınan matrislər də istifadə olunur, lakin onların effektivliyi, yeni toxumalarda damarların zəif inkişafı səbəbindən məhduddur.
Redaktor.az gazeta.ru-ya istinadən xəbər verir ki, Seyçenov Universitetinin alimləri yeni yanaşma inkişaf etdiriblər: diş ətini bərpa etmək üçün donuz kollagen matrisası və plazmid istifadə edirlər. Bu plazmid, yeni toxumalarda damarların yaranmasını stimullaşdıran bir DNT molekuludur. Tədqiqatda qeyd edilir ki, bu metod diş ətinin yumşaq toxuma çatışmazlığını aradan qaldırmaqda daha effektiv ola bilər.
Yeni yanaşmada, Seyçenov Universiteti və digər tədqiqat mərkəzlərinin alimləri donuz dərisindən hazırlanmış kollagen matrisası və pCMV-VEGF165 plazmidi tətbiq edirlər. Bu plazmidin tərkibində VEGF165 adlı damarların yaranmasını stimullaşdıran bir gen var. Alimlər, bu iki metodu birləşdirərək, toxumanın daha yaxşı bərpasını təmin etməyə ümid edirlər.
Təcrübələrdə, müalicə olunan heyvanların bir qrupuna yalnız kollagen matrisası, başqa bir qrupuna isə pCMV-VEGF165 plazmidi verilmişdir. Üçüncü qrupda isə hər iki metod birləşdirilmişdir. Nəticələr göstərib ki, həm kollagen matrisası, həm də plazmid tətbiq edilən qruplarda, nəzarət qrupuna nisbətən, bərpa olunan toxumanın qalınlığı daha böyük olub. Lakin ən yaxşı nəticələr üçüncü qrupda müşahidə edilib: burada, bərpa olunan yumşaq toxumaların həcmi nəzarət qrupuna nisbətən demək olar ki, 10 dəfə daha çox olub və damar şəbəkəsi 3 dəfə daha sıx formalaşıb. Yeni toxumada sıx və inkişaf etmiş damar şəbəkəsinin yaranması, bu toxumanın sağ qalması və integrasiyası üçün vacibdir. Buna görə də, bu yanaşmanın regenerasiya prosesini daha effektiv hala gətirə biləcəyi vurğulanır.
Alimlər, bu yanaşmanın "sinergetik effekt" yaratdığını qeyd edirlər: yəni kollagen matrisası toxumaya struktur dəstəyi verərkən, gənə terapiyası həmin toxumanın böyüməsini stimullaşdırır. Nestasya Koşeleva, Klinik Smart-Nanotexnologiyalar İnstitutunun rəhbəri, bu yeni yanaşmanın gələcəkdə regenerativ tibb sahəsində mühüm inkişafa səbəb ola biləcəyini vurğulamışdır.
Xədicə BAXIŞLI