Pişik Çindən ABŞ-yə gizli səfərdə möcüzəvi şəkildə sağ qaldı

 20:46 19.06.2025     109

Çindən ABŞ-a yola salınan yük konteynerində üç həftə gizli qalan pişik sağ-salamat tapılıb.

Redaktor.az bu barədə "Mothership" nəşrinə istinadən məlumat yayıb.

Zəifləmiş və susuz qalmış heyvan, konteynerin ABŞ-nin Minesota ştatının şəhərinə çatmasından sonra gömrük əməkdaşları tərəfindən aşkar edilib. Onlar pişiyi dərhal Northwoods Humane Society adlı heyvan sığınacağına təhvil veriblər.

Sığınacaq işçiləri pişiyə “Biletsiz” (ingiliscə “Stowaway”) adını veriblər. İlk günlərdə o, yalnız az miqdarda su içir və yemək yeyirdi.

Sığınacağın direktoru Rene Rud bildirib ki, belə şəraitdə sağ qalmaq “əsl möcüzə”dir.

Xədicə BAXIŞLI