Alkoqol çəkinin artmasına səbəb olur?

 09:35 21.06.2025     95

"Alkoqol nəinki iştahı artırır, həm də artıq qlükozanın piyə çevrilməsindən məsul olan insulinin istehsalını stimullaşdırır, bu da çəki artımına təsir edir".

Redaktor.az xəbər verir ki, bu fikirləri dietoloq Yelena Solomatina Lenta.ru-ya açıqlamasında bildirib.

“Orqanizm elə qurulub ki, orqanizmdə ilk olaraq alkoqol parçalanır. Yəni biz içib qəlyanaltı yeyəndə yemək gecikir, spirt parçalanmağa başlayır”, - deyə dietoloq izah edib. “Alkoqol iştahı artırır, beyindən müəyyən nəzarət aradan qaldırılır və insan daha çox yeyə bilər.”

Bundan əlavə, Solomatina qeyd edib ki, spirtli içkilər insulin istehsalını stimullaşdıran yüksək glisemik indeksə malikdir.

“İnsulin təkcə qlükozanın hüceyrəyə çatdırılmasından deyil, həm də artıq qlükozanın piyə çevrilməsindən məsuldur. Beləliklə, spirt, deyə bilərsiniz ki, yağ əmələ gətirir”.

Aytəkin TOFİQQIZI