Qadın gözəlliyinə müsbət təsir göstərən məhsullar bunlardır

 09:43 23.06.2025     93

Qadın orqanizmi qidalanmaya xüsusi yanaşma tələb edir.

Redaktor.az xəbər verir ki, bu haqda Bitki mənşəli Məhsullar Kompetensiya Mərkəzinin rəhbəri Olesya Maxova jurnalistlərə açıqlamasında bildirib.

Ekspert hormon balansına, dəri gözəlliyinə və emosional vəziyyətə müsbət təsir göstərən bir sıra bitki mənşəli məhsulları qeyd edib.

“Pəhrizin əsas elementlərindən biri paxlalılar  lobya, mərcimək, noxud və soya məhsulları olmalıdır. Bu məhsullar orqanizmi hüceyrələrin yenilənməsi üçün vacib olan bitki zülalı, eləcə də anemiyanın qarşısının alınması və reproduktiv sağlamlığın qorunmasında mühüm rol oynayan dəmir və fol turşusu ilə təmin edir. Onların həm hamiləlik dövründə, həm də kişilərin menyusunda istifadəsi faydalıdır”, - deyə Maxova bildirib.

Onun sözlərinə görə, cilantro, cəfəri, şüyüd və ispanaq kimi göyərtilər də qadın sağlamlığı üçün olduqca vacibdir. Bu göyərtilərin tərkibində sümükləri möhkəmləndirən kalsium, maqnezium və K vitamini var.

Aytəkin TOFİQQIZI