Süd bu havalarda optimal seçimlərdən biridir

Yay aylarında yalnız su içmək kifayət deyil.
Redaktor.az xəbər verir ki, bu barədə Britaniyalı terapevt Nataşa Fernando məlumat verib.
Mütəxəssis bildirir ki, süd bu havalarda optimal seçimlərdən biridir. Süddə şəkər, zülal və yağ olduğuna görə bu içki daha yavaş həzm olunur və bədəndə suyun daha uzun müddət qalmasına kömək edir.
“Süddə həmçinin natrium var ki, bu da orqanizmə suyu daha uzun müddət saxlamağa imkan verir və nəmlənmə səviyyəsini qoruyur”.
Terapevt əlavə edib ki, adi südün tərəvəz mənşəli alternativləri də bənzər xüsusiyyətlərə malikdir. Xüsusilə soya südündə orqanizmin su balansını tənzimləməyə kömək edən elektrolitlər mövcuddur.
Fernando susuzluqla mübarizə üçün qarpız, kokos suyu, xiyar və ya xiyar suyu, eləcə də su ilə seyreltilmiş təbii meyvə şirələrinin də istifadəsini tövsiyə edib.
Aytəkin TOFİQQIZI