Xırıltısı qonşulara qədər gedən kartof qızartmasının SİRRİ

Kartof qızartması, demək olar ki, hər kəsin sevdiyi və xüsusilə restoranlarda yeyildikdə həm dadı, həm də xırıltılı quruluşu ilə seçilən bir yeməkdir. Lakin eyni nəticəni evdə əldə etmək bir çox hallarda çətin olur. Evdə hazırlanan kartof qızartmaları çox vaxt istənilən qədər xırtıldayan olmur və bu da yeməyin dadını azaldır.
Redaktor.az HaberGlobal-a istinadla xəbər verir ki, usta aşpazların tövsiyə etdiyi bir neçə təbii üsul bu problemi həll edir:
Sirkəli suda gözlətmək- Kartofların doğranıb sirkəli suda saxlanılması onların daha xırtıldayan olmasına şərait yaradır. Bunun üçün kartofları doğrayın və bir qaba qoyun. Üzərini keçəcək qədər su əlavə edin və 1 yemək qaşığı alma sirkəsi tökün. 30 dəqiqə bu şəkildə gözlədin, sonra suyunu süzün, qurudun və qızartmağa başlayın.
Una batırmaq- Qızartma zamanı yağa bir az miqdarda un əlavə etmək də kartofların ətrafında incə bir qat yaradır və nişastanın çıxmasının qarşısını alır. Bu da qızartmanın daha xırtıldayan olmasını təmin edir.
Soyuq suda gözlətmək- Kartofları qızartmazdan əvvəl soyuq suda saxlamaq onların tərkibindəki artıq nişastanı azaldır. Bu da qızartma zamanı yumşalmanın qarşısını alır. Kartofları doğrayın, soyuq su ilə dolu qaba qoyun və təxminən 30 dəqiqə saxlayın. Daha sonra süzün, qurudun və qızardın.
Qarğıdalı nişastasına batırmaq- Kartofları yüngülcə isladın və üzərinə 1 yemək qaşığı mısır nişastası əlavə edin. Baharatla qarışdırırmış kimi nişastaya batırın. Bu üsul həm kartofların daha az yağ çəkməsini təmin edir, həm də onların xarici səthinin xırtıldayan olmasına yardımçı olur.
Bu üsulları tətbiq etməklə siz də ev şəraitində restoran səviyyəsində xırtıldayan və dadlı kartof qızartması hazırlaya bilərsiniz.
Nuriyyə NATİQQIZI