Yuyulsa da pis qoxu verən geyimlərə bu üsullarla SON

 17:00 07.07.2025     57

Bəzən geyimlər paltryuyan maşında yuyulsa da, üzərlərindəki pis qoxular tam keçməyə bilər. Adi yuyucu vasitələr və yumşaldıcılar bu cür qoxuları tamamilə aradan qaldıra bilmir. Lakin təbii üsullarla bu problemin qarşısını almaq mümkündür.

Redaktor.az xəbər verir ki, pis qoxuları təbii yollarla aradan qaldırmağın 4 sadə və effektiv yolu bunlrdır:

1. Karbonat- Karbonat pis qoxuları neytrallaşdıraraq geyimlərə təbii bir təmizlik və təravət bəxş edir. Bunun üçün paltarları yuyarkən maşının tamburuna 1 xörək qaşığı karbonat əlavə etmək kifayətdir.

2. Ağ sirkə- Təbii asidik quruluşa malik olan ağ sirkə bakteriyaları məhv edir və eyni zamanda deterjan qalığını təmizləyir. Sirkədən istifadə etmək üçün son durulama mərhələsində 1 stəkan ağ sirkə əlavə edə bilərsiniz. Alternativ olaraq, yumuşaldıcı gözüne də tökmək olar.

3. Günəşdə qurutma- Günəş şüaları təbii dezinfeksiyaedici rolunu oynayaraq geyimlərdə qoxuya səbəb olan mikroorqanizmləri məhv edir. Əgər imkan varsa, geyimləri birbaşa günəş işığında qurudun.

4. Lavanta yağı- Lavanta yağı tərkibindəki təbii maddələrlə bakteriyaları aradan qaldırmaqla yanaşı, geyimlərə xoş ətir bəxş edir. Bu effekti almaq üçün paltaryuyan maşınının yumşaldıcı bölməsinə bir neçə damcı lavanta yağı əlavə edin.

Bu üsullar sadə və əlçatan olmaqla yanaşı, kimyəvi maddələrə ehtiyac olmadan geyimlərdə təmizlik və təravət təmin edir. Əgər geyimləriniz yuyulduqdan sonra hələ də pis qoxursa, bu təbiiüsulları sınamaqla problemdən qurtula bilərsiniz.

Nuriyyə NATİQQIZI