Tomatı bu üsullarla saxlayanda KİFLƏNMİR

 17:24 08.07.2025     60

Yeməklərin əvəzolunmaz inqrediyentlərindən biri olan tomat, xüsusilə sulu yeməklərdə özünəməxsus dadı ilə seçilir, lakin düzgün saxlanmadıqda tez bir zamanda kiflənir.

Redaktor.az "HaberGlobal"a istinadla xəbər verir ki, tomatın ömrünü uzatmaq və kifin qarşısını almaq üçün sadə və təbii üsullardan istifadə etmək mümkündür.

Ən çox istifadə edilən üsullardan biri tomatın üzərinə zeytun yağı tökməkdir. Zeytun yağı tomatın hava ilə təmasını kəsərək kif yaranmasının qarşısını alır. Bunun üçün tomatın üzərinə nazik təbəqə şəklində zeytun yağı əlavə edib soyuducuda saxlamaq kifayətdir.

Digər təsirli üsul isə tomatı kiçik ölçülü şüşə bankalara bölüb saxlamaqdır. Böyük bankada saxlanılan tomatın hamısı kiflənə bilər, amma kiçik bankalarda bu risk azalır. Bu bankaları dondurucuda da saxlamaq olar və bu zaman tomat aylarla təravətli qalır.

Eyni zamanda tomatın üzərinə az miqdarda iri dənəli təbii duz, xüsusilə də qaya duzu əlavə etmək də effektiv üsullardandır. Duz kifin yaranmasının qarşısını alan təbii qoruyucudur.

Son olaraq, tomatı isti və işıqlı yerlərdə deyil, sərin, quru və qaranlıq məkanlarda məsələn, zirzəmidə saxlamaq lazımdır. Bu sadə tədbirlər sayəsində tomat heç bir qatqı və konservant olmadan uzun müddət təravətli və istifadəyə yararlı vəziyyətdə qala bilər.

Nuriyyə NATİQQIZI