Bu qayda tənbəl insanlara kömək edəcək

 08:18 09.07.2025     111

Psixoloq Patricia Ramirez tənbəlliklə mübarizə aparmaq üçün sadə, lakin təsirli bir üsul tövsiyə edib.

Redaktor.az xəbər verir ki, psixoloq bu barədə İspaniyanın "Hola" nəşrinə müsahibə verib.

O, "beş dəqiqə” qaydasının insanlara işə başlamaqda kömək edə biləcəyini bildirib.

Mütəxəssisin sözlərinə görə, bu metod tənbəl insanların motivasiyasını artırmağa yönəlib:

“Özünüzə yalnız beş dəqiqəlik bir şey edəcəyinizə söz verin. Əgər bu müddətdən sonra həqiqətən davam edə bilmirsinizsə, özünüzə dayanmağa icazə verin”, - deyə Ramirez izah edib.

O qeyd edib ki, çox vaxt insanlar hər hansı bir işə başlasalar, onu fərqinə varmadan sona qədər davam etdirirlər.

Digər tərəfdən, həkim Mariya Sançez tənbəlliklə süründürməçilik (prokrastinasiya) arasında fərq qoymağın vacib olduğunu vurğulayıb.

Onun fikrincə, süründürməçilik bəzən müəyyən tapşırıqların yaratdığı çətin emosiyaların öhdəsindən gəlmək üçün bir mexanizm kimi ortaya çıxır.

Aytəkin TOFİQQIZI