Astroloq bu bürclərə xəbərdarlıq ETDİ

 12:41 09.07.2025     135

Tanınmış astroloQ Dinçer Güner 10 iyulda Oğlaq bürcünün 18-ci dərəcəsində baş verəcək güclü dolunayın bütün 12 bürc üçün mühüm təsirlər yaradacağını bildirib.

Redaktor.az bu barədə "HaberGlobal"a istinadla xəbər verir.

Günerin sözlərinə görə, dolunay zamanı Qız bürcündə hərəkətdə olan Mars planeti ilə harmonik bir üçbucaq bucağı yaranacaq. Bu isə dövrü daha məhsuldar, motivasiyaedici və dəstəkləyici hala gətirəcək.

Bu dövrdə insanlar iş həyatında və gündəlik fəaliyyətlərində daha nizamlı, səbirli və məsuliyyətli hiss edəcəklər. Uğur və nəticə əldə etmək üçün konkret və davamlı addımlar atmaq üçün əlverişli bir zamandır. Xüsusilə uzunmüddətli planlar və məqsədlərlə bağlı aydınlaşmalar yaşana bilər.

Marsın Qız bürcündəki mövqeyi sağlamlıqla bağlı məsələlərə diqqət çəkməyi tələb edir. Daha sağlam qidalanma, idman vərdişlərini yoluna qoymaq və vaxtında tibbi müayinələrə getmək üçün ideal bir zamandır. Xüsusilə dizlər, dişlər, dəri və oynaqlar bu dövrdə həssas ola bilər.

Əgər münasibətlərdə qeyri-müəyyənlik, anlaşılmazlıq və ya həll olunmamış problemlər varsa, bu dolunay zamanı açıq və cəsarətli addımlar atmaq mümkündür. Uzun müddətdir davam edən gərginliklər sona çata bilər, münasibətləri daha möhkəm təməllər üzərində qurmaq imkanı yaranır.

Oğlaq dolunayı maliyyə sabitliyinə yönəlməyə kömək edəcək. Büdcə planlaması, xərclərin gözdən keçirilməsi və uzunmüddətli sərmayə strategiyalarının hazırlanması üçün münasib enerjilər hakim olacaq. Eyni zamanda borcların ödənilməsi və maliyyə məsuliyyətlərinin nizama salınması da gündəmə gələcək.

Astroloji olaraq Oğlaq bürcü dövlət strukturlarını, liderləri, iqtisadiyyat və maliyyə institutlarını təmsil edir. Bu dolunay dövründə hökumətlər və rəsmi qurumlar tərəfindən kritik qərarların verilməsi, yeni iqtisadi və struktur islahatlarının tətbiqi mümkündür.

Sağlamlıq sistemlərində yeniliklər, əmək şəraitinin yaxşılaşdırılması, tibb işçilərinə dair qərarlar gündəmə gələ bilər. Yeni dərmanlar, müalicə üsulları və texnologiyaların istifadəsi sürətlənə bilər. Eyni zamanda ticarət, infrastruktur layihələri və Ar-Ge fəaliyyətləri sürət qazana bilər. Mars-Qız təsiri, texniki işlərin daha sürətli və problemsiz həyata keçirilməsinə dəstək olacaq.

Nuriyyə NATİQQIZI