Bəzi bitkilər əslində evin dincliyini poza bilər - Mütəxəsisslərdən XƏBƏRDARLIQ

Son dövrlər evlərdə dekorativ məqsədlərlə saxlanılan bəzi bitkilərin, Feng Şui fəlsəfəsinə əsasən, evdəki müsbət enerjini azaltdığı və huzuru pozduğu bildirilir. Görünüşcə gözoxşayan bu bitkilər, müəyyən inanclara görə daxili gərginlik, stress və neqativ enerjiyə səbəb ola bilər.
Redaktor.az "HaberGlobal"a istinadla xəbər verir ki, bu bitkilərin evdə saxlanılmasının tövsiyə olunmadığı bildirilir:
Kaktus – Minimalist və maraqlı görünüşünə baxmayaraq, kaktusların tikanları enerji axınını kəsir və bu da evdə gərginliyə səbəb olur. Feng Şuiyə görə, kaktusların balkon və açıq sahələrdə saxlanılması daha məqsədəuyğundur.
Bonsay – Uzaq Şərq mənşəli bu dekorativ bitki, Feng Şui baxımından şəxsi inkişafın qarşısını alan blokaj yaradır. Bu səbəbdən xüsusilə iş və oxu otaqlarında saxlanılması tövsiyə edilmir.
Qılınc gülü – Havanı təmizləyici xüsusiyyəti ilə tanınsa da, kəskin uclu yarpaqları evdə stress və narahatlıq hissini artıra bilər.
Ortanca – Gözəl çiçək açan bu bitki, qədim Şərq inancına görə, yalnızlıq enerjisi yayır və buna görə də ev şəraitində saxlanılması uyğun görülmür.
Petuniya və qərənfil– Parlaq və canlı görüntüsünə baxmayaraq, petuniya neqativ enerjini cəlb edir, qərənfil isə yaxşı enerjini udaraq, ətraf mühitə mənfi təsir göstərir. Bu bitkilərin bağ və açıq sahələrdə yetişdirilməsi məsləhətdir.
Mütəxəssislər evdə daha harmonik bir enerji axını yaratmaq üçün bu bitkilərin seçimində diqqətli olmağı və pozitiv enerji verən bitkilərə üstünlük verilməsini tövsiyə edirlər.
Nuriyyə NATİQQIZI