Yalnış diş fırçasından istifadə diş əti iltihabının əsas səbəblərindəndir

 08:42 10.07.2025     82

Stomatoloq Konstantin Prokopenko dişlərin düzgün fırçalanmaması ilə bağlı xəbərdarlıq edib.

Redaktor.az xəbər verir ki, bu haqda o, lenta.ru-ya müsahibəsində danışıb.

Onun sözlərinə görə, səhv texnika, uyğun olmayan fırçadan istifadə və gündəlik təmizlikdə yol verilən digər səhvlər kariyes və diş əti iltihabının əsas səbəblərindəndir.

“Əksər insanlar dişlərini sadəcə üfüqi hərəkətlərlə fırçalayır, halbuki düzgün texnika dairəvi və diş ətindən kənara süpürən hərəkətlər olmalıdır. Bu səbəbdən dişlərin yan və aralıq səthlərində lövhə qalır”, - deyə həkim müsahibəsində bildirib.

Prokopenko onu da qeyd edib ki, bir çox insan tövsiyə olunan iki dəqiqə əvəzinə fırçalama prosesini 30-40 saniyəyə yekunlaşdırır. Həddən artıq sürətli fırçalama isə nə çeynəmə səthlərini, nə də arxa dişləri yetərincə təmizləməyə imkan verir.

Stomatoloq köhnəlmiş və ya sərt tüklü fırçaların istifadəsini də böyük səhv adlandırıb. Onun fikrincə, bu cür fırçalar diş minasına və diş ətinə zərər vura bilər, üstəlik, köhnəlmiş tüklər ağız boşluğunu lazımi qədər təmizləyə bilmir.

“Unutmaq olmaz ki, kariyesin azı yarısı dişlər arasında toplanan bakteriya və qida qalıqları səbəbilə baş verir. Diş ipi, aralıq fırçalar və irriqatorlar burada əvəzsiz yardımçılardır. Bakteriyalar təkcə dişlərdə deyil, dildə, yanaqlarda və diş ətində də toplanır bu da vacib amildir”, - deyə Prokopenko əlavə edib.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən