Pərdələri qar kimi ağ edən ÜSULLAR

Evimizin estetik görünüşündə xüsusi yer tutan ağ pərdələr, zaman keçdikcə toz, tüstü və günəş işığına məruz qalaraq saralmağa və solmağa başlayır. Sadə yuyucu vasitələr bəzən bu saralmanı tam aradan qaldırmaqda yetərsiz olur.
Redaktor.az "HaberGlobal"a istinadla xəbər verir ki, Lakin təbii üsullarla, pərdələrinizi əvvəlkindən də daha parlaq və bəyaz hala gətirmək mümkündür:
1. Sirkə və karbonat qarışığı- Pərdələrdəki ləkə və saralmanı aradan qaldırmaq üçün ən təsirli üsullardan biri sirkə və karbonat qarışığıdır. Bir ləyən ilıq suya 1 çay stəkanı karbonat və 1 çay stəkanı ağ sirkə əlavə edin. Pərdələri bu qarışımda 2-3 saat saxlayın, sonra paltaryuyan maşında yuyun.
2. Qənd ilə təmizləmə- Ənənəvi üsullardan biri olmasa da, qənd də pərdə saralmasına qarşı effektivdir. Pərdələri paltaryuyan maşına yerləşdirin, 2 ədəd qənd atın və normal rejimdə yuyun.
3. Hidrogen peroksid- Təbii və güclü ağardıcı təsiri olan hidrogen peroksid, pərdələrin əvvəlki bəyazlığını bərpa edir. 1 litr suya 1 çay stəkanı hidrogen peroksid əlavə edin, pərdələri bu məhlulda təxminən 2 saat saxladıqdan sonra maşında yuyun.
4. Limon və duz qarışığı- Limonun turşu tərkibi və duzun təmizləyici gücü ilə saralmış pərdələri yenidən canlandırmaq mümkündür. Bir ləyən isti suya 1 limonun suyu və 1 çay stəkanı duz əlavə edin, pərdələri bu məhlulda 1-2 saat saxlayın, ardınca maşında yuyun.
Nuriyyə NATİQQIZI