“Barmaq texnikası” yuxuya getməyə kömək edir

Sağlam həyat tərzi üzrə ekspert Jordi Vu yuxusuzluqdan əziyyət çəkən insanlara sadə, lakin təsirli bir üsul tövsiyə edib.
Redaktor.az xəbər verir ki, ekspert bu barədə "20minutos" nəşrinə müsahibəsində danışıb.
“Barmaqlarınızı bir-birinə keçirib başınızın altına qoyun. Hərəkət etmədən, bir dəqiqə boyunca sola baxaraq bir nöqtəyə fokuslanın. Əgər yuxuya getməyin ilk əlamətləri məsələn, əsnəmə baş verərsə, eyni prosesi sağ istiqamətdə təkrarlayın”, - deyə Vu izah edib.
O vurğulayıb ki, bu texnika başın qan təchizatını yaxşılaşdırır və vagus sinirini stimullaşdırır.
Mütəxəssisin sözlərinə görə, vagus siniri bədənin rahatlama proseslərinə cavabdeh olan parasimpatik sinir sisteminin əsas hissəsidir.
Vu əlavə edib ki, bu üsul xüsusilə gecə yata bilməyən insanlar üçün təhlükəsiz və təbii alternativ sayılır.
Aytəkin TOFİQQIZI