Tətil neçə gün olmalıdır?

Psixoloq Benedikt Piçard tətilin insan psixologiyasına təsirini dəyərləndirib və optimal məzuniyyət müddətini açıqlayıb.
Redaktor.az xəbər verir ki, o bu barədə "La Razon" nəşrinə danışıb.
Onun fikrincə, bir il boyunca fasiləsiz işləmək və daha sonra uzun müddət istirahətə çıxmaq düzgün yanaşma deyil.
Piçard bildirib ki, tətil günlərini il ərzində bərabər şəkildə bölmək daha faydalıdır. Bu, həm yorğunluğun yığılmasının qarşısını alır, həm də psixoloji rifahın daha sabit səviyyədə saxlanmasına kömək edir.
Ekspertin sözlərinə görə, tətil ən azı səkkiz gün davam etməlidir. Lakin burada təkcə günlərin sayı deyil, keyfiyyət də önəmlidir.
“Adi iş rejimi qısa müddətə pozulduqda beyin daha tez uyğunlaşır. Əsas məsələ isə istirahət zamanı işdən tamamilə ayrılmaq və yeni təcrübələrə fokuslanmaqdır”, - deyə Piçard əlavə edib.
Aytəkin TOFİQQIZI