Sirkəni belə istifadə ETMƏYİN

Ev təmizliyində geniş istifadə olunan sirkə, təbii turşu tərkibi sayəsində bir çox səthlərin təmizlənməsində effektiv vasitə kimi tanınır.
Redaktor.az xəbər verir ki, mütəxəssislər xəbərdarlıq edir ki, sirkənin bəzi ev əşyaları və materiallara ciddi zərər vermə riski var.
Mütəxəssislərin fikrincə, sirkə ilə təmizlənməsi məsləhət görülməyən əşyalar və sahələr bunlardır:
Qazan və tavalar: Sirkə qazanın səthini aşındırır, həmçinin xoşagəlməz iy və dad yaradır. Buna görə qazanların təmizliyində sirkə istifadə edilməməlidir.
Mətbəx mebelləri: Xüsusilə təbii daşlardan – qranit və mərmərdən hazırlanan mebellər sirkəyə qarşı həssasdır. Sirkə onların səthində çatlar və aşınma yarada bilər.
Taxta mebellər: Sirkənin turşulu tərkibi taxta mebellərin rənginin solmasına və strukturunun zədələnməsinə səbəb ola bilər.
Texnoloji cihazlar: Televizor, telefon, kompüter ekranları kimi həssas səthlər sirkenin asidik təsirindən zədələnə bilər. Bu cihazlar yalnız uyğun ekran təmizləyici vasitələrlə təmizlənməlidir.
Dəmir elementlər: Qapı tutacaqları, menteşələr kimi metal hissələr sirkəyə məruz qalanda paslanma riski artır və metalın qoruyucu təbəqəsinə zərər dəyə bilər.
Ekspertlər ev təmizliyində sirkənin effektivliyini nəzərə alaraq, onun istifadəsində diqqətli olmağı və yuxarıda qeyd olunan səthlərdə istifadə etməməyi tövsiyə edir.
Nuriyyə NATİQQIZI