Az miqdarda insan südü istifadəsi böyüklər üçün təhlükəsizdir

 17:22 24.07.2025     120

Ana südü körpələr üçün son dərəcə əhəmiyyətli olan unikal mayedir.

Redaktor.az xəbər verir ki, dietoloq Yelena Solomatina life.ru-ya müsahibəsində yemək hazırlanmasında insan südündən istifadə tendensiyasını şərh edib.

Mütəxəssis bildirib ki, ana südü uşaqlara viruslara, bakteriyalara və allergenlərə qarşı müqavimət göstərməkdə yardımçı olur.

"Bundan əlavə, bu maye uşağın sağlam inkişafı üçün lazım olan hormonlar, fermentlər, yağlar, zülallar və karbohidratlarla zəngindir. Həmçinin, bağırsaq mikrobiomunun formalaşmasında rol oynayan faydalı mikroorqanizmləri də ehtiva edir”, - deyə Solomatina vurğulayıb.

Dietoloq az miqdarda insan südü istifadəsini böyüklər üçün təhlükəsiz hesab edir və bunun bəzi hallarda mağazada satılan süddən daha faydalı ola biləcəyini bildirir. Lakin o, istilik müalicəsinin bu südün tərkibini dəyişdirdiyini də qeyd edib.

“İstiliklə emal olunduqda, bir çox faydalı komponentlər xüsusiyyətlərini itirir və belə süd artıq digər heyvanların südünə bənzəyir”, - həkim yekunlaşdırıb.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən