Qapı cırıltısından bu üsullarla QURTULUN

 17:54 24.07.2025     97

Uzun müddət baxımsız qalan və ya istifadədən köhnələn taxta qapıların menteşələri zamanla paslanır və ya aşınır. Bu da hər dəfə qapı açılıb-bağlandıqda qulaq dincini pozan cırıltı səslərinə səbəb olur. Əgər evinizdə xüsusi qapı yağı yoxdursa, evdəki bir neçə sadə və təbii vasitə ilə bu səsdən asanlıqla xilas ola bilərsiniz.

Redaktor.az bu barədə xarici mediaya istinadla xəbər verir.

Qapı cırıltısından qurtulmağın ən pratik yolları bunlardır:

Zeytun yağı: Təbii sürüşkənliyi ilə zeytun yağı menteşələrin arasında sürtünməni azaldaraq cırıltını aradan qaldırır. Sadəcə bir neçə damla zeytun yağını menteşələrə damcıladın və qapını bir neçə dəfə açıb-bağlayın.

Vazelin: Vazelin də sürtünməni azaldan struktura malikdir. Bir az vazelini pambıq və ya qulaq çöpü ilə menteşəyə çəkin, sonra isə qapını hərəkət etdirin. Effektini dərhal hiss edəcəksiniz.

Hindqozu yağı (kakos yağı): Təbii yağlayıcı olan hindqozu yağı qapının səs-küysüz açılıb-bağlanmasına kömək edir. Kiçik miqdarda yağı menteşəyə sürtün və qapını bir neçə dəfə hərəkət etdirin.

Sərt sabun: Əlinizin altında sabun varsa, bu da işə yaraya bilər. Kalıp sabunu birbaşa menteşəyə sürtün və qapını bir neçə dəfə açıb-bağlayaraq müvəqqəti də olsa cırıltıdan xilas olun.

Nuriyyə NATİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən