Bu oyuncaqlar uşaqların qorxusunu idarə etməyə kömək EDİR

Uşaq psixoloqu Daria Dugentsova Labubu kimi qorxulu oyuncaqların uşaqlara qorxularını idarə etməyə kömək etdiyini bildirib.
Redaktor.az xəbər verir ki, o news.ru-ya müsahibəsində bu cür oyuncaqların psixoloji faydalarından danışıb.
Mütəxəssisin sözlərinə görə, uşaqlar Labubunu qorxulu və ya mənfi bir varlıq kimi deyil, öz qorxularını “köçürə” biləcəkləri bir vasitə kimi qəbul edirlər.
“Xüsusilə məktəbəqədər yaşlı uşaqlar üçün belə oyuncaq mənfi emosiyaların öhdəsindən gəlmək üçün bir fürsətdir. Çünki ‘qorxulu’ bir şeyin öhdəsindən gəlmək uşağın özünü tənzimləmə bacarığını inkişaf etdirə bilər”, - deyə psixoloq izah edib.
Dugentsova əlavə edib ki, məktəbəqədər və ibtidai sinif şagirdləri qorxularını ifadə etməkdə çətinlik çəkdiklərinə görə, bu cür simvolik obyektlər və psixoloji dəstək xüsusilə vacibdir.
O, həmçinin xatırladıb ki, bir vaxtlar Huggy Waggi adlı oyuncaq da uşaqlara qorxularını aşmağa kömək məqsədilə istifadə olunmuşdu, lakin buna görə tənqid hədəfinə çevrilmişdi.
Aytəkin TOFİQQIZI