Alaq otlarını bu üsulla məhv etmək olar - Bağbandan tövsiyə

Bağban Maykl Qriffits alaq otlarını məhv edən sadə və effektiv reseptini açıqlayıb.
Redaktor.az xəbər verir ki, onun fikirləri “Mirror” nəşrində dərc olunub.
Qriffitsin sözlərinə görə, ev şəraitində herbisid spreyi hazırlamaq üçün iki hissə sirkə və bir hissə çörək sodasından istifadə etmək kifayətdir.
“Çoxlu sirkə əlavə etməyin, əks halda məhlul hər tərəfə dağılacaq. Bunun əvəzinə sirkəni yavaş-yavaş və qarışdıraraq əlavə edin,” - deyə o bildirib.
Bağban qeyd edib ki, komponentlər yaxşıca qarışdırılmalıdır və məhlul tam şəffaf olana qədər qarışdırmaq vacibdir. Əks halda, çiləyici tıxana bilər. Hazır məhlul sprey şüşəsinə tökülərək birbaşa alaq otlarının üzərinə püskürdülməlidir.
Qriffits bu üsulun tez və görünən nəticə verdiyini vurğulayıb.
Onun sözlərinə görə, bu məhlul torpağın quruluşuna demək olar ki, təsir göstərmir və tez bir zamanda parçalanır.
Aytəkin TOFİQQIZI