Günəşdə nadir hadisə qeydə alındı - FOTO

İtalyan astrofotoqraf Andrea Vanoni tərəfindən çəkilmiş və 30 iyul 2025-ci il tarixində NASA-nın "Günün astronomik fotosu" rubrikasında yayımlanmış görüntülər Günəşin artmış maqnit aktivliyini və onun nəticəsində yaranan nəhəng koronal döngələri əks etdirir.
Redaktor.az xəbər verir ki, koronal döngələr Günəşin səthində müşahidə olunan nəhəng, qızğın plazma qövs formalarıdır və kosmik hava üçün böyük əhəmiyyət kəsb edir. "Daily Galaxy" nəşrinin məlumatına görə, bu strukturlar Günəşin maqnit sahəsi vasitəsilə plazmanın yönləndirilməsi ilə formalaşır və Yerə qədər çatan ölçülərə sahib ola bilirlər.