Banan uzunmüddətli toxluq hissi yaradır

Qastroenteroloq Sergey Vyalov bildirib ki, bəzi məhsullar və onların birləşmələri qəhvə kimi insanları canlandıra bilər.
Redaktor.az xəbər verir ki, həkim bu haqda "Teleqram" kanalında danışıb.
Vyalov belə birləşmələrdən biri kimi fıstıq yağı ilə bananı adlandırıb. Həkimin sözlərinə görə, bu iki məhsul uzun müddət toxluq hissi verir, eyni zamanda enerji səviyyəsini artırır. Bundan əlavə, o, qozlu xurma, bal və darçın ilə qatıq yeməyi də tövsiyə edib.
Uzun müddət enerji verən digər birləşmələr kimi isə kefir və kəpək ilə giləmeyvə, badamlı alma və şokoladlı portağal qeyd olunub.
Eyni zamanda, Vyalov canlandırıcı xüsusiyyətləri ilə tanınan qəhvəni başqa bir içki ilə limon, bal və zəncəfilli su ilə əvəz etməyi tövsiyə edib. Həkimin sözlərinə görə, bu içki bədəni C vitamini ilə təmin edir və susuzlaşmanın qarşısını alır.
Aytəkin TOFİQQIZI