Qəhvə haqqında ən məşhur mif təkzib edildi

Qəhvənin təzyiqi artırdığına dair bir fikir var.
Redaktor.az xəbər verir ki, kardioloq Aurelio Rojas aif.ru-ya verdiyi müsahibədə bu içki haqqında ən məşhur mifi təkzib etdi.
“Tədqiqatlar qəhvə istehlakını demans və idrak qabiliyyətinin azalması riski ilə əlaqələndirir, lakin yüksək qan təzyiqi ilə deyil”, - deyə Rojas bildirib.
Onun sözlərinə görə, kofein mərkəzi sinir sisteminin güclü stimulyatorudur. Məhz buna görə də içkini içdikdən sonra insan daha çox enerji alır, konsentrasiyanı artırır və zehni yorğunluğu azaldır. Bununla belə, bütün bu faydalar yalnız qəhvəni ölçülü şəkildə içsəniz hiss oluna bilər.
Aytəkin TOFİQQIZI