Bitlərin məhv edilməsində asan və təhlükəsiz ÜSUL

 17:34 14.08.2025     55

ABŞ-nin İllinoys Universitetində aparılan yeni araşdırma, baş bitlərini kimyəvi maddələrdən istifadə etmədən, daha asan və təhlükəsiz şəkildə aradan qaldırmağın mümkün olduğunu ortaya qoyub.

Redaktor.az xəbər verir ki, araşdırmanın nəticələri “Journal of Medical Entomology” jurnalında dərc olunub.

Mütəxəssislər bildirirlər ki, xüsusi hazırlanmış isti hava cihazı ilə bitlər və onların yumurtaları (sirklər) yüksək temperaturun təsirinə məruz qalaraq məhv edilir. Aparılan sınaqlarda 30 dəqiqə ərzində 57°C-lik isti hava tətbiqinin bitlərin 98 faizini, yumurtaların isə 96 faizini öldürdüyü müəyyən edilib.

Tədqiqat rəhbəri professor Stephen Cameron qeyd edib ki, bu üsul həm uşaqlar, həm də böyüklər üçün təhlükəsizdir, çünki dəridə kimyəvi yan təsir riski yoxdur. Metod həm ev şəraitində, həm də klinikalarda tətbiq edilə bilər.

Mütəxəssislər bildirirlər ki, isti hava ilə müalicə bitlərin dərhal aradan qaldırılması üçün təsirli olsa da, yenidən yoluxmanın qarşısını almaq üçün daraqla mexaniki təmizləmə və şəxsi gigiyena qaydalarına əməl etmək vacibdir.

Nuriyyə NATİQQIZI

 

Vumart və Güvən reklamı Vumart Güvən