Dəniz havası psixoloji sağlamlığa müsbət təsir göstərir

 18:14 15.08.2025     50

Yeni Zelandiyanın Oklend Universitetində aparılan tədqiqat dəniz kənarında vaxt keçirməyin insan psixologiyasına və ümumi sağlamlığa müsbət təsir etdiyini ortaya qoyub.

Redaktor.az bu barədə xarici mediaya istinadla xəbər verir.

Araşdırma çərçivəsində 1 200 nəfərin gündəlik həyat vərdişləri, stress səviyyəsi və yaşadıqları mühit təhlil edilib. Nəticələr göstərib ki, dəniz sahilinə yaxın yaşayan insanlar depressiya və narahatlıq hallarını daha az yaşayır, diqqət və yaddaş testlərində isə daha yüksək nəticələr göstərirlər.

Tədqiqat rəhbəri doktor Amber Pearson bildirib ki, dəniz mənzərəsi və dalğaların səsi beyində sakitləşdirici təsir yaradır, havadakı yüksək oksigen və mənfi ionlar isə stress hormonlarının səviyyəsini azaldır:
“Sadəcə 20-30 dəqiqəlik dəniz kənarında gəzinti belə psixoloji rahatlama və zehni aydınlıq üçün kifayət edir”.

Mütəxəssislər şəhər sakinlərinə imkan olduqca açıq hava və su kənarı məkanlarda vaxt keçirməyi məsləhət görürlər.

Nuriyyə NATİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən