Sosial media istifadəsini azaltmaq psixoloji sağlamlığı yaxşılaşdırır

 20:33 15.08.2025     56

Kanadanın Kalgari Universitetində aparılan yeni araşdırma, sosial mediada gündəlik vaxt sərfini məhdudlaşdırmağın stress və depressiya əlamətlərini əhəmiyyətli dərəcədə azaltdığını göstərib.

Redaktor.az bu barədə xarici mediaya istinadla xəbər verir.

Tədqiqatda 18-35 yaş aralığında olan 600 nəfər iştirak edib. Könüllülərdən bir qrupa sosial mediadan gündə maksimum 30 dəqiqə istifadə etmələri tapşırılıb, digər qrup isə adi rejimdə davam edib. Dörd həftə sonra məhdudiyyət tətbiq edilən qrupda stress səviyyəsinin orta hesabla 20 faiz, depressiya göstəricilərinin isə 15 faiz azaldığı qeydə alınıb.

Araşdırmanın müəllifi doktor Jennifer Morrison bildirib ki, sosial media çox vaxt insanlarda “özünü başqaları ilə müqayisə” psixologiyasını gücləndirir:
“Bu da öz növbəsində özgüvəni azaldır və narahatlıq yaradır. İstifadə müddətini məhdudlaşdırmaq isə real həyat əlaqələrini möhkəmləndirir və emosional rifahı artırır”.

Mütəxəssislər sosial media detoksunu vaxtaşırı tətbiq etməyi tövsiyə edirlər.

Nuriyyə NATİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən