Tarakanlarda qurtulmağın yolları

 15:01 18.08.2025     61

Son dövrlərdə aparılmış xarici araşdırmalar göstərir ki, tarakanlarla mübarizədə ənənəvi kimyəvi üsullar artıq kifayət qədər effektiv deyil və daha davamlı yanaşmalar tətbiq olunmalıdır.

Redaktor.az xəbər verir ki, Rutgers Universitetinin 2018-ci ildə apardığı tədqiqatda müəyyən edilib ki, tarakanların 28%-i ev və mənzillərdə mövcuddur. Tədqiqatçılar bildirir ki, sprey və duman kimi ənənəvi kimyəvi mübarizə üsulları uzun müddət təsirini saxlamır və tarakanların yayılmasının qarşısını almaq üçün alternativ metodlar tətbiq olunmalıdır.

"MDPI" jurnalında dərc olunmuş digər bir araşdırmada isə göstərilir ki, insanların tarakanların bioloji xüsusiyyətləri, davranışları və sanitariya qaydaları haqqında maarifləndirilməsi kimyəvi üsullara nisbətən daha effektiv nəticə verir. Belə təhsil proqramları cəmiyyətin tarakanların yayılmasının qarşısını almaqda rolu olduğunu sübut edib.

Bundan əlavə, təbii vasitələrin istifadəsi də müsbət nəticələr verir. Məsələn, sirkə və limon suyu kimi təbii maddələr tarakanları uzaqlaşdırmaqda təsirli olur. Bu maddələrin tərkibindəki turşular həşəratların sinir sisteminə təsir edərək onları mənfi istiqamətdə təsirləndirir.

Mütəxəssislər vurğulayır ki, tarakanlarla mübarizədə yalnız kimyəvi vasitələrə bel bağlamaq yetərli deyil. Gigiyena, təmizlik, çatlaq və boşluqların bağlanması, həmçinin təbii və maarifləndirici üsulların birgə tətbiqi uzunmüddətli həll təmin edir.

Nuriyyə NATİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən