Tapmaca həll etmək demenisiyanı gecikdirə BİLƏR

 19:48 23.09.2025     409

Həkim Roksi Karare hesab edir ki, tapmaca həlli demensiyadan qorumaqla bağlı populyar inanc doğru deyil.

Redaktor.az xəbər verir ki, bu barədə o, "The Guardian" nəşrinə açıqlamasında danışıb.

Mütəxəssis vurğulayıb ki, tapmaca həlli demensiyanın inkişafının qarşısını almasa da, onun başlanmasını gecikdirə və simptomların ağırlaşmasını ləngidə bilər. Tapmaca oynayarkən beyinə qan dövranı artır, nəticədə orqan daha çox qida alır və zərərli maddələrdən tez təmizlənir.

Kararenin sözlərinə görə, çətin zehni tapşırıqların üstünlüyü ondadır ki, qidalanma hətta zədələnmiş damarları da əhatə edir. Bu isə onların funksiyasını daha uzun müddət qorumağa kömək edir. Bununla belə, genetik meyillilik mövcuddursa, yalnız tapmacalar vasitəsilə xəstəliyin qarşısını almaq mümkün deyil.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən