Şokolad axşam yeyiləndə qorxulu yuxulara səbəb ola bilər?

 16:05 26.09.2025     472

Nevrofizioloq Raybel Viks insanların tez-tez qorxulu yuxular görməsinin qarşısını almaq üçün axşam saatlarında beş məhsuldan uzaq durmağı məsləhət görüb.

Redaktor.az xəbər verir ki, onun sözlərini "20minutos" nəşri yayıb.

Mütəxəssisin fikrincə, gecə qorxulu yuxuların səbəblərindən biri şokolad ola bilər. Çünki o, stimullaşdırıcı xüsusiyyətlərə malikdir və nəticədə daha intensiv və xoşagəlməz yuxulara səbəb olur.

Viks həmçinin axşam yeməyində kartof fri, makaron, pendir və qırmızı ət yeməməyə çağırıb. İçkilərə gəlincə, nevrofizioloq alkoqolun və həddindən artıq kofeinin yuxuya mənfi təsir etdiyini bildirib.

Onun sözlərinə görə, əksinə, meyvələr, tərəvəzlər və bitki çayları axşam rasionuna daxil edilməlidir.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən