Bu halda rasionunuza qızılbalıq əlavə etməlisiniz
Endokrinoloq Qustavo de Oliveyra bildirib ki, psixoloji vəziyyəti düzgün qidalanma vasitəsilə yaxşılaşdırmaq mümkündür.
Redaktor.az xəbər verir ki, bu barədə "Terra" nəşri məlumat yayımlayıb.
Həkimin sözlərinə görə, psixi sağlamlıq problemləri zamanı rasiona giləmeyvələr, qızılbalıq, qoz və tünd yaşıl tərəvəzlər daxil edilməlidir. Bu məhsullar orqanizmdəki iltihabı azaldır, çünki iltihabın artması insanın ruh halına mənfi təsir göstərir.
De Oliveyra əlavə edib ki, təbii yoqurt və kefir kimi fermentləşdirilmiş məhsullar bağırsaq bakteriyalarının çoxalmasına kömək edir, bu bakteriyalar isə “xoşbəxtlik hormonu” adlanan serotonin istehsal edir.
Aytəkin TOFİQQIZI













