Kişilər Yeni il bayramında nəyi hədiyyə olaraq istəyirlər?

 12:51 12.11.2025     436

Kişilər Yeni il bayramında ən çox arzuladıqları hədiyyələri bölüşüblər.

Redaktor.az xəbər verir ki, Reddit forumunun AskReddit bölməsində kişilər bu haqda yazıblar.

Fikirlərini paylaşan 50 yaşına yaxın kişi yeni bir sviter hədiyyə olunmasını istədiyini bildirib.

Başqa bir istifadəçi isə yeni ildə aldığı qılıncı indiyədək aldığı ən maraqlı və gözəl hədiyyə adlandırıb. Dostları ilə görüşəndə həmin qılıncı göstərir və çoxlu təriflər alır. Onun sözlərinə görə, bütün kişilər qılıncları sevir.

Eyni zamanda 30-40 yaş arası kişilər bayramda günah hissi olmadan dincəlmək və onların maraqlarına diqqət yetirildiyini göstərən hədiyyələr almaq istəyirlər. Bu hədiyyələr gündəlik istifadə etdikləri əşyaların daha yaxşı və ya yeni versiyaları ola bilər: keyfiyyətli qulaqlıqlar, yeni geyim və s.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən