Narın çürük olduğunu baxan kimi anlamağın 4 YOLU

 03:12 19.11.2025     436

Nar alarkən onun çürük olub-olmadığını müəyyən etmək üçün bir neçə sadə üsul var.

Redaktor.az həmin 4 üsulu təqdim edir:

Xarici görünüşünə baxın - Parlaq və canlı rəngli narlar adətən təzə olur. Solğun, ləkəli və ya çatlaq narlar çürümüş ola bilər.

Ağırlığını yoxlayın - Narı əlinizə alın. Boyuna görə ağır olanlar sulu və təzə, yüngül olanlar isə qurumuş və ya çürümüş ola bilər.

Qabığını yüngülcə sıxın - Təzə nar basanda bir az əyilir, amma dərhal deformasiyaya uğramır. Çox yumşaq və basanda çökmə verirsə, içi çürüyüb deməkdir.

İyləyin - Təzə nar yüngül, şirin və təravətli qoxuya malikdir. Turş və ya kif qoxusu çürümənin göstəricisidir.

 

Bu sadə üsullar narın içinin sağlam olub-olmadığını asanlıqla təyin etməyə kömək edir.

Vumart və Güvən reklamı Vumart Güvən