Boşanmış qadınların üçdə biri özünü “heç vaxt olmadığı qədər xoşbəxt” hiss EDİR
Britaniyada Survation şirkətinin keçirdiyi sorğunun nəticələrinə görə, 45-65 yaş arası boşanmış qadınların demək olar ki, üçdə biri - 31 faizi - boşandıqdan sonra özlərini heç vaxt olmadığı qədər xoşbəxt hiss etdiklərini bildirib.
Redaktor.az xəbər verir ki, bu barədə "The Guardian" məlumat yayıb.
Sorğu nəticələrində qeyd edilir ki, bir çox qadın boşandıqdan sonra nəhayət, həmişə olmaq istədikləri insan olmaq imkanı qazandıqlarını deyib.
Respondentlərdən biri, 55 yaşlı Pət bildirib: “Mən istəyirəm ki, digər qadınlar bilsinlər: boşandıqdan sonra yenidən doğuluşum, öz həqiqi mənimə qayıdışım möhtəşəm bir təcrübə oldu. İndi özümü xeyli daha xoşbəxt hiss edirəm".
Aytəkin TOFİQQIZI













