Dekabrın ilk günü, ilk həftəsi - bürcləri nələr gözləyir?
Yeni ayın ilk həftəsi bürclər üçün həm yenilənmə, həm də gözlənilməz dəyişikliklərlə başlayır. Dekabrın 1-dən etibarən planetlərin hərəkəti xüsusilə emosional və maliyyə sahələrində aktivlik vəd edir.
Redaktor.az xarici mediaya istinadla xəbər verir ki, hər bürcü bu həftə nələrin gözlədiyi isə belədir:
Qoç – Həftə enerjili başlayır. Yeni layihələrə başlamaq üçün əlverişli gündür. Maliyyə məsələlərində ehtiyatlı olmaq tövsiyə olunur.
Buğa – Sakit, lakin məhsuldar günlər gözlənilir. Ailə və şəxsi münasibətlərdə gərginliklərin yumşalacağı bildirilir.
Əkizlər – Ünsiyyətin artdığı, təmasların gücləndiyi həftədir. Yeni təkliflər ala bilərsiniz. Sözlərlə ehtiyatlı olun.
Xərçəng – Maddi məsələlərdə irəliləyiş mümkündür. Ev və ailə ilə bağlı müsbət xəbərlər gözlənilir.
Şir – Liderlik bacarıqlarınız ön plana çıxır. İşgüzar danışıqlarda uğur əldə edə bilərsiniz, lakin emosional qərarlardan qaçın.
Qız – Planlaşdırma və analiz üçün ideal həftədir. Sağlamlıqla bağlı xırda narahatlıqlar yaşana bilər.
Tərəzi – Münasibətlərdə balans yaratmaq önəmlidir. Gözlənilməz dəvət və ya görüş sizi yeni imkanlarla qarşılaşdıra bilər.
Əqrəb – İş tempiniz artır. Güclü intuisiya sayəsində doğru qərarlar verə biləcəksiniz. Maddi mövzulara diqqət edin.
Oxatan – Enerjiniz yüksələcək. Səyahət, təhsil və yeni başlanğıclar üçün uğurlu həftədir.
Oğlaq – Köhnə məsələlərin həlli üçün uyğun vaxtdır. Karyerada irəliləyiş mümkündür, amma emosional yüklənməyə diqqət etmək lazımdır.
Dolça – Sosial çevrəniz genişlənə bilər. Yeni tanışlıqlar uğur gətirə bilər. Yaradıcılıq ön plandadır.
Balıq – Hissləriniz güclənəcək. İncə məqamları daha yaxşı dəyərləndirə biləcəyiniz həftədir. İşdə diqqətli olmaq vacibdir.
Nuriyyə NATİQQIZI













