İl sonuna yaxın niyə özümüzü yorğun hiss edirik? - Psixoloq DANIŞDI
Psixoloq Svetlana Abakumova ilin sonunda bir çox insanın özünü gücsüz və ruhdan düşmüş hiss etməsinin səbəblərini izah edib və bu hallarlarla mübarizə üsullarını açıqlayıb.
Redaktor.az xəbər verir ki, həkim bu barədə aif.ru-ya müsahibəsində danışıb.
Abakumovanın sözlərinə görə, ilin sonunda yaranan gücsüzlük tənbəllik deyil, orqanizmin qısa gündüz saatları və soyuq hava şəraitinə verdiyi təbii reaksiyadır. Bu səbəbdən yaxşı əhval-ruhiyyə və enerji üçün cavabdeh olan serotonin hormonunun səviyyəsi aşağı düşür, yuxu hormonu olan melatoninin səviyyəsi isə əksinə, artır.
“Bu hormonal dəyişikliklər dekabr apatiyasının əsas səbəbidir. Orqanizm sıradan çıxmayıb, sadəcə yeni şəraitə uyğunlaşır və bunu qüvvəni qorumaq üçün aktivliyin azalması ilə edir”, - deyə psixoloq bildirib.
Onun sözlərinə görə, ilin sonunda yaranan əlavə yorğunluğa hədiyyələrin seçilməsi, bayram hazırlıqları və iş yerlərində illik hesabatlar da təsir göstərir.
Aytəkin TOFİQQIZI













