Uzunmüddətli evliliyin sirri: Bağışlamaq və yenidən başlamaq bacarığı
Amerikada yaşayan Elis və Don Uilyam cütlüyü 62 ildir davam edən evliliklərinin sirrini paylaşıblar.
Redaktor.az "Yahoo Life" nəşrinə istinadla xəbər verir ki, hələ məktəb illərində bir-birinə aşiq olan cütlük möhkəm münasibətlərin təməlində bağışlamaq və inciklikləri unutmaq bacarığının dayandığını bildirir.
Elis qeyd edir ki, onlar münasibətləri boyunca dəfələrlə hər şeyə yenidən başlamaq qərarı veriblər və bu yanaşma hər zaman öz bəhrəsini verib. O, həmçinin münasibətlərdə bir-birinə dəstək olmağın vacibliyini vurğulamaqla yanaşı, fərdi müstəqilliyin qorunmasının da əhəmiyyətli olduğunu bildirib.
Artıq 15 ildən çoxdur ki, Fransada yaşayan cütlükdən Elis rəssamlıqla məşğul olur, ABŞ-ın "IBM" texnologiya şirkətinin keçmiş əməkdaşı olan Don isə hazırda təqaüddədir.
Xədicə BAXIŞLI













