Tünd rəngli tərəvəzlər diabetin qarşısını ALIR
Finlandiyanın Turku Universitetinin alimləri tünd bənövşəyi rəngli meyvə və tərəvəzlərin (badımcan, bənövşəyi kartof, qarağat, qırmızı kələm) tip 2 diabet riskini əhəmiyyətli dərəcədə azaltdığını müəyyən ediblər.
Redaktor.az bu barədə "Journal of Agricultural and Food Chemistry" jurnalına istinadən xəbər verir.
Bu qidaların tərkibindəki antosianin adlı piqmentlər bədəndə maddələr mübadiləsini tənzimləyir və bağırsaq mikroflorasını yaxşılaşdırır. Alimlər qeyd edirlər ki, bənövşəyi qidaların tərkibindəki maddələr şəkərin qana sorulma sürətini azaldır. Gündəlik rasiona cəmi 100 qram bu növ qidaların əlavə edilməsi metabolik sağlamlıq üçün inqilabi dəyişiklik yarada bilər.
Xədicə BAXIŞLI













