Çində ilk dəfə insana donuzun qaraciyəri və böyrəkləri KÖÇÜRÜLDÜ

 09:19 10.06.2026     357

Çində ilk dəfə olaraq insana donuzun qaraciyəri və böyrəkləri transplantasiya edilib.

Redaktor.az xəbər verir ki, bu barədə "South China Morning Post" nəşri məlumat yayıb.

Məlumata görə, əməliyyat beyin ölümü diaqnozu qoyulmuş 53 yaşlı kişi üzərində həyata keçirilib. Transplantasiyadan sonra köçürülən orqanlar pasiyentin bədənində beş gün ərzində normal fəaliyyət göstərib. Daha sonra isə xəstənin ailəsinin istəyi ilə tədqiqat dayandırılıb.

Əməliyyata Quanqsi Tibb Universitetinin ikinci filialının alim və həkimlərindən ibarət qrup rəhbərlik edib. Tədqiqatçılar bildiriblər ki, bu əməliyyat sayəsində gələcəkdə klinik praktikada istifadə oluna biləcək erkən immunoloji və metabolik xüsusiyyətləri müəyyən etmək mümkün olub.

Mütəxəssislərin fikrincə, əldə olunan nəticələr gələcəkdə orqan çatışmazlığı probleminin həllinə və ksenotransplantasiya sahəsinin inkişafına mühüm töhfə verə bilər.

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən