Nahara qədər tox saxlayan ideal səhər yeməyi - Dietoloq AÇIQLADI
Səhər yeməyi üçün ən yaxşı variantlardan birini açıqlanıb.
Redaktor.az xəbər verir ki, bu haqda amerikalı dietoloq Danielle Hendriks life.ru-ya danışıb.
Mütəxəssisin sözlərinə görə, günə iki yumurta ilə başlamaq insanı nahar vaxtına qədər tox saxlamağa kömək edir.
Danielle Hendriks tövsiyələrini amerikalı yazıçı və ev təsərrüfatı üzrə mütəxəssis Martha Stewartın saytında paylaşıb.
Dietoloq bildirib ki, qaynadılmış, qızardılmış və ya omlet şəklində hazırlanan iki yumurta təxminən 13 qram yüksək keyfiyyətli zülal ehtiva edir. Bu isə uzun müddət toxluq hissinin qorunmasına və gün ərzində qəlyanaltılara ehtiyacın azalmasına kömək edir.
Hendriks vurğulayıb ki, zülalla zəngin səhər yeməyi enerji səviyyəsinin sabit qalmasına və günə daha sağlam başlanmasına şərait yaradır. Buna görə də yumurta səhər yeməyi üçün həm praktik, həm də faydalı seçim hesab olunur.
Aytəkin TOFİQQIZI













