Dünya ulduzlarının neçə yaşı var? - ARAŞDIRMA

 11:51 29.06.2026     773

Yaş sadəcə rəqəmdir. Bunu illər keçsə də səhnədən, ekranlardan və ictimai həyatdan uzaqlaşmayan dünya ulduzları bir daha sübut edir. Bəziləri 70-80 yaşlarında olsa da, hələ də konsert verir, filmlərdə rol alır, sosial şəbəkələrdə milyonlarla izləyicisi ilə gündəmdə qalır.

Bəs dünyanın ən məşhur simalarının hazırda neçə yaşı var?

Redaktor.az məşhur simaların yaşları ilə bağlı araşdırma hazırlayıb:

Madonna - 67 yaş: "Pop kraliçası" kimi tanınan Madonna 16 avqust 1958-ci ildə anadan olub. O, hələ də musiqi dünyasının ən nüfuzlu simalarından biridir.

Rovan Atkinson (Mister Bin) - 71 yaş: Milyonlarla insanın "Mister Bin" obrazı ilə tanıdığı britaniyalı aktyor Rovan Atkinson 6 yanvar 1955-ci ildə dünyaya gəlib.

Leonardo DiKaprio - 52 yaş: "Oskar" mükafatlı aktyor Leonardo DiKaprio 11 noyabr 1974-cü ildə anadan olub və dünyanın ən populyar kino ulduzlarından biri olaraq qalır.

Ancelina Coli - 51 yaş: Məşhur aktrisa və BMT-nin xoşməramlı səfiri olmuş Ancelina Coli 4 iyun 1975-ci ildə doğulub.

Bred Pitt - 63 yaş: Bred Pitt 18 dekabr 1963-cü ildə anadan olub. O, bu gün də Hollivudun ən çox tələb olunan aktyorları sırasındadır.

Cennifer Lopez - 57 yaş: Müğənni və aktrisa Cennifer Lopez 24 iyul 1969-cu ildə dünyaya gəlib. O, səhnə performansları ilə yaşına meydan oxumağa davam edir.

Jennifer Lopez

Şahrux Xan - 61 yaş: "Hindistan kralı" kimi tanınan Bollivud ulduzu Şahrux Xan 2 noyabr 1965-ci il təvəllüdlüdür.

Şahrux Xan ilk dəfə milyarderlər siyahısında

Ceki Çan – 72 yaş: Döyüş sənətləri ustası və aktyor Ceki Çan 7 aprel 1954-cü ildə anadan olub.

Casus ata, narkotik alverçisi ananın oğlu… - Ceki Çan haqda maraqlı faktlar  | KONKRET

Devid Bekhem - 51 yaş: Keçmiş ingiltərəli futbolçu Devid Bekhem 2 may 1975-ci ildə doğulub.

David Beckham at 50: A life of football, fame, and success | People | EL  PAÍS English

Bill Qeyts - 71 yaş: "Microsoft"un həmtəsisçisi Bill Qeyts 28 oktyabr 1955-ci il təvəllüdlüdür.

Билл Гейтс (Bill Gates) | Forbes.ru

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən