Kosmetik məhsullar hansı şəraitdə saxlanılmalıdır?

 15:26 15.07.2026     393

"Kosmetik vasitələrin saxlanılması və daşınması qaydaları haqqında ən önəmli suallardan biridir".

Redaktor.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Respublika Sanitariya-Karantin Mərkəzinin Sanitariya-Gigiyena Nəzarəti və Ekspertiza şöbəsinin həkim-gigiyenisti Orxan İsmayılov qurumun instaqram hesabında keçirilən canlı yayım zamanı bildirdi.

O vurğuladı ki, kosmetik vasitələrin effektivliyini qorumaq və infeksiya riskini azaltmaq üçün onları sərin, quru, birbaşa günəş şüaları düşməyən yerlərdə saxlamaq lazımdır:

"Düzgün olmayan şəraitdə saxlanıldıqda məhsulun konsentrasiyası pozulur, tərkibi dəyişir və istifadə müddəti qısalır. Bunlar əsasən rütubətdən uzaq tutulmalıdır. Yəni onları hamam və ya vanna otağında saxlamaq düzgün deyil. Temperatur rejimi stabil olmalıdır. Bundan başqa, məhsul birbaşa günəş şüaları altında qaldıqda onun tərkibi və konsentrasiyası pozulur. Məhsuldan istifadə etdikdən sonra onun qapağı möhkəm bağlanmalıdır. Məhsul hava ilə uzun müddət təmasda olduqda oksidləşmə artır, bu da məhsulun daha tez xarab olmasına şərait yaradır.

Temperatur əsasən 15–25 dərəcə aralığında, nisbi rütubət isə 40–60 faiz aralığında olmalıdır. Müəyyən məhsulları soyuducuda saxlamaq olar. Amma elə məhsullar da var ki, məsələn, tonal kremlər və yağ əsaslı məhsullar soyuducuda saxlanıla bilməz".

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən