Yatmazdan əvvəl telefondan istifadə faydalı da ola bilər - Həkim

 22:32 31.07.2026     631

Nevroloq Kristofer Vinter bildirib ki, yatmazdan əvvəl qadcetlərdən istifadə hər zaman yuxunun keyfiyyətini pisləşdirmir.

Redaktor.az xəbər verir ki, o, bu barədə "The Healthy" nəşrinə açıqlamasında danışıb.

Həkimin sözlərinə görə, qadcetlərdən istifadə sağlam yuxu rejiminin bir hissəsinə çevrilə bilər. Onun fikrincə, sosial şəbəkələrdə lentə baxmaq və ya telefonda oyun oynamaq vərdiş halını almadığı təqdirdə gecə istirahətinin keyfiyyətinə mənfi təsir göstərmir, əksinə, faydalı ola bilər.

"Yatmazdan əvvəl televizora baxmaq yaxşıdır, yoxsa yox? Bu suala birmənalı cavab yoxdur. Amma belə bir ritual beynə artıq yatmaq vaxtının çatdığını anlamağa kömək edə bilər", – deyə nevroloq qeyd edib.

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən